Sionist general: Netanyahu və Qalant ordunun vəziyyətini əksinə qələmə verir

Sionist rejim ordusu müştərək qərargahını sabiq rəhbəri baş nazir və müharibə nazirinin ordu vəziyyəti barədə yalan informasiyalar təqdim etdiyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, 2015-2019-cu illərdə qərargahın yüksək rütbəli generalı Gadi Ayzenkut Netanyahu və Yoav Qalantın ordu barədə xalqda yaratdıqları təsəvvürünün həqiqətə uyğun olmadığını deyib.

Ayzenkut verdiyi müsahibədə qeyd edib: Bu iki nazirin verdiyi informasiyalar heç o qədər də sadə məsələ deyil. Vəziyyət belə davam edərsə, bir neçə aya ordu ciddi ziyanlar görəcək. Çünki hal-hazırda komandirlərə heç bir etibar yoxdur.

Orduda artıq vəhdətin olmadığını qeyd edən general daha sonra deyib: Pilotlar fəaliyyətini dayandırıb, alay və rotalardakı generallar arasında pərakəndəliyin qarşısını almaq mümkün olmadığı üçün vəziyyət bir o qədər də yaxşı deyil. Ordu qabiliyyəti bir günə yaranan məsələ deyil və birlik cəhətdən aşağı səviyyə müşahidə edilir.

Qalantı kəskin tənqid edən general həmçinin deyib: Ona verilən ixtiyarlara yenidən bir baxış keçirilməsi zəruridir. İşğal olunmuş ərazilərdə hərc-mərclik baş alıb gedir. İş o yerə çatıb ki vergi naziri də Qərb sahilində qanun ləğv edir. Təhlükəsizlik naziri də bir tərəfdən nüfuz edir və bu məsələ orduya mənfi təsir göstərir.

Related posts

İsrail: Qəzzənin işığını kəsdіk. Növbəti mərhələdə suyu kəsəcəyik

Müharibə naziri bir daha suriyalı dəruziləri dəstəkləyəcəyini dedi

Ben Qvir Oslo razılaşmasını ləğv etmək planını Knessetə təqdim edib