Sionist general: İsraili məəhv etmək üçün şiə-sünni vəhdəti formalaşıb

Sionist rejimin bir generalı Netanyahu kabinetinin zəifliyi üzündən şiə-sünni vəhdətinin formalaşmasını yetərsizlik adlandırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, radikal sionist olan general Amus Gilad bir radio proqramına verdiyi müsahibədə deyib: İsraili məhv etmək üçün sünnə əhli ilə şiələr birləşərək vəhdət formalaşdırıb.

Sionist generalın sözlərinə görə sünni Həmas Hərəkatı və şiə Hizbullah Təşkilatı milli və dini fərqliliklərini bir kənara qoyub bizi məhv etməyə hazırlaşır.

Amus Gilad həmçinin deyib: Biz israillilərin zəifliyi ucbatından, daxili uçurumlar və ölkədə çevriliş qorxusu, ABŞ-la siyasi gərginlik yaşadığımız bir halda digər amillər bizi daha da zəiflədir və nəticədə biz hətta Livandan olan hücumlara belə ciddi cavablar verə bilmirik.

General Gilah söhbətinin sonunda hakim nazirlər kabinetinin qanunsuz olduğunu, geniş miqyaslı müharibəyə qadir olmadığını da etiraf edib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir