Sionist baş nazir yenə İranı hədələdi

İran rəsmilərinin ABŞ-la vasitəli müzakirələrə başlama xəbərindən sonra sionist rejimin baş naziri İranı hərbi variantlardan istifadə etməklə hədələyib.

Qafqaztimesin xasici medialara istinadən verdiyi məlumata əsasən, Benyamin Netanyahu bu gün (8 aprel) deyib: İranın Amerika ilə müzakirələrində irəliləyiş olmasa, hərbi variantlardan istifadə olunacaq. Çünki biz Amerika ilə bu məsələni dəfələrlə gündəmə gətirmişik və İranın nüvə silahı istehsal edəcəyi təqdirdə bütün nüvə obyektlərini partladacağıq və bu isə ABŞ-ın nəzarəti və icrası ilə baş tutacaq.

Netanyahu əlavə edib: İranın nüvə proqramı barədə razılaşmanı biz yalnız bir şərtlə qəbul edə bilərik. Bu da Liviya modelindən istifadə edilməsi şərtilə baş tuta bilər.

2023-cü il oktyabrın 7-dən Qəzzəyə qarşı müharibənin, o cümlədən HƏMAS-ın məhv edilməsinin məqsədlərinə nail ola bilməyən Netanyahu iddia edib: Həması məhv etməkdə qərarlıyıq və girovları azad etməyə çalışırıq.

Xatırladaq ki, fevral ayında da bir amerikalı rəsmi İranın nüvə məsələsi barədə Liviya modelindən istifadə təqdirində hərbi təhdidlərə məruz qalmayacağını qeyd edərək demişdi ki, İslam Respublikası ilə razılaşma “Liviya müqaviləsi”nə oxşar modeldə olsa, biz ora gedib zənginləşdirilmiş uranı toplamalı, və nüvə infrastrukturunu məhv etməliyik və bu bizim nail olmaq istədiyimizdir. Belə bir razılaşma (Liviya modeli) olacağı təqdirdə, İsrail İslam Respublikasının “nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi yola əl atmaqda israr etmir.

Related posts

“Allahın izni olmayınca heç kəsə ölüm yoxdur” – video

Sionist analitik: Həması məğlub etmək qüdrətimiz yoxdur

Sionist analitik: Həması məğlub etmək qüdrətimiz yoxdur

Likud Partiyası: Qəzzə müharibəsi genişlənməlidir

Likud Partiyası: Qəzzə müharibəsi genişlənməlidir