“Simpsonlar” tərəfindən itkin düşən batiskafla bağlı illər əvvəl verilən proqnoz üzə çıxdı – FOTO

“Simpsonlar”ın 2006-cı ildə nümayiş olunan seriyasında “Titanik” gəmisinin yaxınlığında sualtı qurğunun batmasıyla bağlı proqnoza rast gəlinib.

Hekayəyə görə, Homer Simpsonun atası oğlunu özü ilə batan gəminin qalıqlarından xəzinə axtarmaq üçün dərin dəniz ekspedisiyasına aparır.

Oğul və ata batiskafla suyun altına dalırlar və gəmidə iki xəzinə sandığı tapırlar.

Lakin Homer sualtı qayıqda ilişib qalır, oksigen tükəndiyi üçün huşunu itirir və yalnız üç gün xəstəxanada qaldıqdan sonra komadan ayılır.

Xatırladaq ki, turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən “Titan” sualtı eniş aparatı iyunun 18-də, dalma başlayandan təxminən 1 saat 45 dəqiqə sonra Atlantik okeanında itib. 

Qeyd edək ki, bundan əvvəl ABŞ-də 33 il yayımlanan cizgi serialı daha bir proqnozla gündəm olmuşdu. Belə ki, illər əvvəl yayımlanan serialda ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı maraqlı detal ortaya çıxmışdı.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi