Şimali və Cənubi Koreyalar arasında xəbərdarlıq atəşi mübadiləsi

QafqazTimes xəbər verir ki, bazar ertəsi yerli media Şimali Koreyaya məxsus hərbi gəminin cənub qonşusu ilə dəniz sərhədini keçdiyini və Seul ordusunun ona doğru xəbərdarlıq atəşi açdığını bildirib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı Şimali Koreyaya məxsus ticarət gəmisinin bazar ertəsi (yerli vaxtla) səhər saat 3:42-də iki ölkə arasında nəzərdə tutulan demarkasiya xəttini keçdiyini açıqlayıb və bu, Cənubi Koreya donanması tərəfindən xəbərdarlıq atəşi ilə qarşılanıb.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, məhz bundan sonra Şimali Koreya qüvvələri də bu hərəkətə cavab olaraq cənub qonşusu ilə dəniz sərhədinə doğru bir neçə raket atıb.

Bu xəbərə görə, Şimali Koreya raketlərinin atılmasına haqq qazandırmaq üçün Cənubi Koreyaya məxsus hərbi gəminin səhər saat 3:50-də – birinci insidentdən cəmi səkkiz dəqiqə sonra bu ölkənin qərb dəniz sərhədini pozduğunu iddia edib.

Şimali Koreya Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü bildirib ki, Cənubi Koreya ilə dəniz sərhədinə xəbərdarlıq məqsədi ilə on raket atılıb: “Düşmənlərimizi bir daha saxta dəniz təxribatları ilə bağlı xəbərdar edirik.”

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya ordusu Cənubi Koreyada hərbi təlimlərin davam etdirilməsinə xəbərdarlıq olaraq artilleriyasının bir neçə dəfə atəş açdığını bildirmişdi.

Şimali Koreyanın ehtimal olunan yeni nüvə sınağı ərəfəsində medialar Cənubi Koreya prezident ofisinin fövqəladə vəziyyətdə olduğunu bildiriblər. Şimali Koreyanın yeddinci nüvə sınağını keçirməsi gözlənilən bazar günündən etibarən Cənubi Koreya prezidenti Yoon Suk-Yeolun ofisində 24 saatlıq fövqəladə vəziyyət elan olunub.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur