Şimali Koreyanın kəşfiyyat peyki ABŞ-ın Kaliforniya və Yaponiyadakı bazalarının görüntülərini çəkib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ-nin Kaliforniya ştatında, eləcə də Yaponiyanın Okinava adasındakı hərbi bazalarını əks etdirən “Malligen-1” kəşfiyyat peyki tərəfindən çəkilmiş yeni görüntüləri ilə tanış olub.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Dövlət Aerokosmik Mühəndislik Administrasiyasının Pxenyan Ümumi Nəzarət və Tənzimləmə Mərkəzi Şimali Koreya liderinə Kaliforniyadakı San Dieqo Hərbi Dəniz Bazasının və ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük qurğusu olan – Birləşmiş Ştatların hüdudlarından kənarda yerləşən Okinavadakı Kadena aviabazasının fotosunu təqdim edib.

Bundan əlavə, nümayiş olunan materiallar arasında Süveyş kanalının görüntüləri də olub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi