Şimali Koreya qırıcıları Cənubi Koreya sərhədində uçuşlar edib

QafqazTimes xəbər verir ki, Cənubi Koreya Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Şimali Koreya qırıcılarından ibarət eskadrilyanın ölkənin hava məkanı yaxınlığından uçuşu barədə məlumat verib.

Reuters xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi cümə günü bildirib ki, Şimali Koreyanın raket sınaqları ilə bağlı gərginliyin artması fonunda Şimali Koreyaya məxsus 10 qırıcı təyyarədən ibarət eskadrilya sərhədə yaxın uçuşlar həyata keçirib.

İnsident cümə axşamı baş verib. Cənubi Koreya ordusu öz bəyanatında yalnız Şimali Koreya qırıcılarının aşkarlanması və izlənilməsini qeyd edib və bu uçuşda olan Şimali Koreya qırıcılarının növü barədə məlumat verməyib.

Bu arada, Şimali Koreya Hərbi Hava Qüvvələri son bir neçə gündə keçirdiyi böyük bir təlimdə 150 ​​qırıcını havaya qaldırıb.

Adının çəkilməsini istəməyən hərbi mənbə bu hava təlimlərinin təbliğat məqsədi daşıdığını və Şimali Koreyanın dövlət radio və televiziyasının hadisə ilə bağlı tez-tez proqramlar yayımladığını bildirib.

Bu məlumatlı mənbənin sözlərinə görə, Şimali Koreya Hərbi Hava Qüvvələri uzun müddət bu təlim üçün intensiv təlimlər keçirib və təyyarə yanacağı probleminin olmasına baxmayaraq, bu təlimdə bir çox təyyarə iştirak edib. Şimali Koreya prezidenti Kim Çen In və Hərbi Hava Qüvvələrinin rəsmiləri də bu hava təlimini yaxından izləyiblər.

Related posts

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəhudilər…