Silahlı hücumun qarşısı alındı: Məktəbliləri və kilsəni atəşə tutmaq istəyən şəxs tutuldu – FOTO

ABŞ-ın Kolorado ştatından olan 19 yaşlı üzdəniraq cinsi azlığın nümayəndəsi üç məktəb və kilsəyə silahlı hücum planlaşdırdığına görə həbs edilib.

Neşvil qətliamından dörd gün sonra polis onun evində manifest aşkar edib. Bu manifestdə isə onun üç məktəbə və həmçinin Koloradoda kilsəyə silahlı hücumu təfərrüatlı təsvir olunub. Onun evində, həmçinin “Kommunist manifesti” də tapılıb. Hazırda transgender yeniyetmə nəzarət altındadır.

Lilli adı ilə tanınan 19 yaşlı Uilyam Uitvort martın 31-də həbs edilib. Səlahiyyətlilərin sözlərinə görə, o, 2014-2016-cı illər arasında hücum etməyi planlaşdırdığı məktəbdə təhsil alıb.

Uilyam Uitvorta qarşı birinci dərəcəli adam öldürməyə cəhd, xuliqanlıq, təhsil müəssisələri işçilərinin, müəllimlərinin və ya tələbələrinin fəaliyyətinə təhdid və müdaxilə bəndləri üzrə ittiham irəli sürülüb.

Uitvortun həbsinə isə onun bacısı səbəb olub. O, evə polis çağırıb və bildirib ki, Uitvort özünü aqressiv aparır və təhdidlər yağdırır.

Prokurorluğun sözçüsü bildirib ki, Uilyam Uitvort kişidən qadına keçid prosesindədir.

Uitvortun anası isə bölgədə evdə fəaliyyət göstərən müəllim kimi qeydiyyatdadır.

Xatırladaq ki, ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində 28 yaşlı transgenderin xristian məktəbinə silahlı hücumu nəticəsində 6 nəfər həlak olub.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)