Silahlı “Coker” və “Betmen” vətəndaş müharibəsi gedən ölkədə görüntüləniblər – VİDEO

Ekvadorda ölkədə kriminal vəziyyət pisləşdikdən sonra “Coker” və “Betmen” paltarı geyinmiş silahlı şəxslər peyda olublar. Yerli telekanallardan biri hətta kospleyerlərdən müsahibə götürüb. Sosial şəbəkələrdə “bəzəkli” respondentlərin videosu yayılıb.

Videogörüntülərdə yaşıl saçlı, parlaq paltar geyinmiş və makiyajlı bir adam jurnalistlə söhbət edir. Əlində avtomat olan həmin adam vaxtaşırı onu yenidən doldur. Kospleyer “Coker”in səsini təqlid etməyə və onun qəhrəmanına xas olan tərzdə dəlicəsinə gülməyə çalışır.

Yarasa kostyumlu adam isə jurnalistlərə az danışıb. “Betmen” yaşıl saçlı yoldaşının arxasında aqressiv hərəkətlər edir. Adamın əlində silah var və onu “Coker”ə tuşlayır. Kospleyerlər kamera qarşısında döyüş səhnəsi göstərir və məşhur komikslərdəki orijinal personajlar kimi qarşılıqlı əlaqə yaratmağa çalışırlar.

Qeyd edək ki, Ekvador prezidenti ölkədəki hadisələri vətəndaş müharibəsi adlandırıb və 2 aylıq fövqəladə vəziyyət elan edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi