Seyyid Nəsrullah: İrandan alınan növbəti yanacaq bir neçə günə yola düşəcəkdir

Qafqaztimes xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah son çıxışı zamanı deyib: “Yolumuzun davamlı olmasının sirri, bizim heç vaxt siyasi nailiyyətlər ardınca olmamağımızdadır. Amerikanın və bölgədəki ABŞ əlaltılarının problemi də elə məhz budur. Güclü nöqtələrdən biri də düşməni tanımaqdır. Biz Amerika və onun hegemonluğunun, sionizmin və onun layihələrinin düşməniyik və bununla fəxr edirik, amma onlar bizi yaxşı tanımamışlar.”

Seyyid Nəsrullah belə qeyd edib: “Onlar bizi illərdir tanımamış və bizim dünya ardınca olan bir qrup olduğumuzu düşünmüşlər. Dünyamızı təhdid etsələr, iradəmizi və qətiyyətimizi dəyişə biləcəklərini zənn etmişlər. Onlar bilmirlər ki, xalis Muhəmməd (s.ə.a.s) İslamına və İmam Hüseyn (ə) məktəbinə bağlı olmaq nə deməkdir?!

Nəsrullah həmçinin ABŞ səfirliyinin bütün addımlarının uğursuz olduğunu bildirərək deyib: “ABŞ-ın Livandakı səfirliyi Livan xalqının yaşayışını və məişətini hədəf almaqda məsuliyyət daşıyır. Onlar hər şeyə müdaxilə edirlər… ABŞ və Səudiyyə səfirlikləri illərdir Livanda vətəndaş müharibəsi yaratmağa çalışırlar.”

Hizbullah baş katibi İrandan alınan növbəti yanacağa işarə edərək bildirib: “İkinci gəmimiz bir neçə gün sonra İrandan yola düşəcək və digər gəmilərə qoşulacaqdır. Söhbət bir və ya iki gəmidən getmir. Bu, Livanın ehtiyacları ödənilənə qədər davam edəcəyimiz yoldur. Məqsəd bütün Livan xalqına kömək etmək və onların problemlərini azaltmaqdır.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib