Qafqaztimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah, Beynəlxalq Qüds Günü münasibətilə Əl-Mayadin telekanalında çıxış edərək deyib: Sədaqət və şücaətlə Fələstin problemi qarşısında açıq mövqe ortaya qoymalıyıq.
Seyyid Həsən Nəsrullah bildirib ki, proseslərin sürətlə inkişafı hər kəsin boynuna ağır bir məsuliyyət qoyub, biz bu gün fələstinli cavanların müqavimət göstərdiyinin və Fələstin xalqının bu gün Fələstinə və müqavimətə qarşı öz sabit mövqelərini elan etdiyinin şahidi oluruq.
Hizbullah Baş katibi söyləyib: “Bəziləri fələstinlilərin öz amallarından əl götürdüklərini iddia edirlər. Son hadisələr Fələstin xalqının öz haqlarına sadiq olduğunu və təslim olmadıqlarını açıq şəkildə göstərdi və bu, İslam Ümmətinin məsuliyyətini daha da artırır.”
O, həmçinin qeyd edib: “İsraillilərə deyirəm ki, bu mübarizədə səylərinizi və cavanlarınızı boşa verir, onları məhv edir və qanlarını hədərə verirsiniz.”
Seyid Həsən Nəsrullah daha sonra Şəhid Hacı Qasim Süleymaniyə toxunaraq deyib: “Adı, siması, ruhu və strateji düşüncəsi əbədi yaşayacaq böyük komandir Şəhid Hacı Qasim Süleymaninin uca ruhuna salam göndəririk. Onun meydandakı varlığı və nəfəsi müqavimət xəttinin bütün meydanlarında hiss olunmaqdadır.”