Seyyid Həsən Nəsrullah: İnşallah Məscidül-Əqsada namaz qılacağıq / İmam Xomeyni(r.ə) iyirminci əsrdə İslama yenidən həyat verdi

Qafqaztimes xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah, çərşənbə axşamı Əl-Mənar telekanalının  yaradılmasının 30-cu ildönümü münasibətilə etdiyi çıxışında səhhətiylə bağlı şayiələr də daxil olmaqla müxtəlif mövzularda, o cümlədən Netanyahunun kabinet qura bilməməsi, ABŞ və Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibədəki uğursuzluğu və rəsmi Sanadan güzəşt qazanma səyləri və Livanın daxili məsələləri barədə danışıb.

Livan Hizbullah Hərəkatının baş katibi çıxışının əvvəlində səhhətindəki problemlərə toxunmuş və ona görə narahat olanların hamısına təşəkkür edərək demişdir: “Xalqın bu sevgisinə görə qürur duyuram və əminliklə deyirəm ki, onlarla birlikdəyəm və inşallah bu yolu birlikdə davam etdirəcəyik.”

Seyid Həsən Nəsrullah belə davam edib: “Əl-Əqsa Mübarək Məscidində birlikdə namaz qılacağımıza ümid edirəm.”

O, İran İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının ildönümünə toxunaraq deyib: “Əl-Mənar telekanalı İmam Xomeyninin (r.ə) tələbələri və onu sevərlər tərəfindən yaradıldı. Böyük İmam Xomeyni bu milləti diriltdi və iyirminci əsrdə İslama yenidən həyat verdi. Bu dövrdə bəşəriyyətə alternativ sivilizasiya təqdim etdi. Zülmə qarşı inqilab ruhunu və təcavüzkarlara qarşı müqavimət ruhunu canlandırdı.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib