QafqazTimes xəbər verir ki, Livanın Hizbullah hərəkatının Mərkəzi Şurasının üzvü Hizbullah ilə BMT-nin Livanın cənubunda yerləşən sülhməramlı qüvvələri (UNIFIL) arasında əlaqələrin yaxşı olduğunu və davamlı əməkdaşlıq və koordinasiyaya əsaslandığını vurğulayıb.
Əl-Əhd xəbər saytının məlumatına görə, Livan Hizbullahının Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Qavuq deyib: “Hizbullah və UNIFIL qüvvələri arasında əməkdaşlıq və koordinasiya əlaqəsi mövcuddur və bu əlaqələr sabit və davamlıdır. Çünki Hizbullah 1701 saylı qətnaməyə hörmət edir.”
Şeyx Qavuq həmçinin sionist rejim kabinetinin formalaşmasına cavabdeh olan baş nazir Benyamin Netanyahunun Livanla dəniz sərhədlərinin çəkilməsinə dair razılaşma ilə bağlı mövqeyinin dəyişməsi haqqında deyib: Netanyahunu ən çox qorxudan məsələ Hizbullahla qarşıdurmadır və onun sərhəd çəkilişi sazişini rədd etmək təhdidlərindən əl çəkməsinin səbəbi də məhz budur.
O, söhbətinin digər hissəsində Livan prezidentinin seçilməsi məsələsinə toxunaraq, daxili razılaşmaya, xaricə göz dikməməyə çağırıb.
Şeyx Qavuq həmçinin vurğulayıb: Hizbullah xarici vasitəçiliyə bel bağlamır və daxili konsensus və razılaşmaya çağırış edir, çünki razılaşma ən etibarlı, ən qısa və ən sürətli həll yoludur.
O, belə davam edib: Prezidentsiz keçən Livanda hər gün livanlıların ağrı və acıları da artır və livanlıların ölkənin iqtisadi vəziyyətini və sabitliyini yaxşılaşdırmaq imkanları əldən çıxır.