Şeyx Nəim Qasim: Vəziyyət müharibəyə qədər çəkərsə İsrailin məhvi üçün var-gücümüzlə vuruşacağıq

Livan Hizbullahı baş katibinin müavini müqavimətin işğalçılardan heç bir qorxusu olmadığını vurğulayaraq vəziyyətin müharibə ilə nəticələnəcəyi təqdirdə sionist rejimin məhvi üçün əllərindən əsirgəməyəcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim Livanın cənubundakı vəziyyətlə əlaqədr çıxışında deyib: Sionist rejim bizimlə müharibəyə başlayarsa, bizim özümüzü müdafiədən başqa çıxış yolumuz yoxdur. Elə bu səbəbdən də genişmiqyaslı müharibə başlayarsa, heç kəs bizdən nə üçün müqavimət göstərirsiniz demək haqqı yoxdur.

Şeyx Nəim Qasim qeyd edib: Bəziləri bizim sionist rejimin təhdidlərindən nigarançılığımızın olub-olmaması barədə maraqlanırsa, onu deyim ki, biz bu təhdidlərdən qorxmuruq. İsrail bizimlə müharibəyə başlamaq istəyirsə, biz onları məhv edənə qədər meydandayıq. Çünki biz sionist rejimlə hər hansı bir müharibənin qələbə ilə nəticələnəcəyinə əminik.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir