Livan Hizbullahının baş katibi Ramazan ayının son cüməsi Beynəlxalq Qüds Günündə çıxış edəcək.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Hizbullaha bağlı media vasitələri bu gün (27 mart) elan edib ki, Şeyx Nəim Qasim İmam Xomeyni (rəh) tərəfindən adlandırılmış Beynəlxalq Qüds Günüdə, Ramazan ayının son cümə günü çıxış edəcək.
Məlumata görə, Şeyx Nəim Qasim cümə günü 28 mart yerli vaxtla saat 15:30-da Beynəlxalq Qüds Gününə həsr olunmuş mərasimdə iştirak edəcək.