Şeyx Nəim Qasim: Müharibəni dayandırın, yoxsa bütün İsrail atəş altında qalacaq

Livanın Əl-Əxbar qəzeti Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasimin sözlərini təhlil edən məqalə dərc edərək qeyd edib: Benyamin Netanyahunun Livana qarşı müharibədə məqsədi Livan və bölgə üçün böyük təhlükə olan yeni Yaxın Şərq yaratmaqdır.

Hizbullahın bu yüksək vəzifəli üzvü hesab edir ki, bu məqsədə çatmaq üçün düşmən üç mərhələli plana əl atıb;
Birinci mərhələ Hizbullahın hərbi liderlərini və hərbi gücünü vurmaq idi.
Hizbullahın mərhum baş katibi Seyid Həsən Nəsrullahın şəhid olmasına baxmayaraq, düşmən bu məqsədinə nail ola bilməyib.

İkinci addım Hizbullaha son qoymaq və üçüncü addıma yol açmaqdır. Üçüncü mərhələ İsrail və ABŞ-ın istədiyi metoda uyğun olaraq Livanı dəyişdirməkdir.

Şeyx Nəim Qasim öz çıxışında Şəhid Seyid Həsən Nəsrullahla andını təzələyərək, bildirib ki, İsrailin təhlükəsi onun təcavüzkar və işğalçı siyasətidir.
O sionist rejimin mövcudluğunun təkcə Fələstin və Livan üçün deyil, bütün region üçün təhlükəli olacağını vurğulayıb.
O, döyüş meydanının vəziyyəti ilə bağlı izah edib ki, müqavimət əməliyyatlarının keyfiyyəti günü-gündən yaxşılaşır, hədəf təyini daha dəqiq olur və hücumların əhatə dairəsi artır.

Hayfa praktiki olaraq ikinci Kiryat Şmona olub və Safed və Təl-Əviv kimi digər böyük işğal olunmuş şəhərlər və onların ətrafları getdikcə daha çox raketlərlə bombalanır.

Hizbullahın yüksək rütbəli üzvü İsrail rejiminin müharibəni dayandırmalı olduğunu, əks halda tamamilə atəş altında qalacağını vurğulayıb.

Qafqaztimes

Al-alam

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək