Şeyx Nəim Qasim: İrandan gələn yanacaq gəmiləri ABŞ-ın cinayətləri müqabilində bir qələbə idi

Qafqaztimes xəbər verir ki, Hizbullah baş katibi Seyid Həsən Nəsrullahın müavini Şeyx Nəim Qasim, Livanın ordu, millət və müqavimət amili ilə güclü olduğunu söyləyib.

O, cümə günü bir iclasda etdiyi çıxışında deyib: “Biz sionist rejimə qarşı müqavimət göstərdiyimiz kimi Livanın iqtisadi blokadasına qarşı da mübarizə apara bilərik.”

Əl-Mənar xəbər telekanalına görə Şeyx Nəim Qasim sözünə belə davam edib: “Atdığımız addımların nəticələrindən biri də Livan ərazisinin azad edilməsi, səhiyyənin yaxşılaşması (Livanın Səhiyyə Naziri Hizbullahdandır) və sosial acıları azaltmaq üçün həmrəyliyimiz və birliyimizdir.”

Şeyx Nəim Qasim müqaviməti fəaliyyətsizlik və təxribatda ittiham edənləri tənqid edərək onlara xitabən deyib: “Xaosa səbəb olanlar və vətəndaş müharibəsini qızışdıranlar Livan üçün nə ediblər?”

Seyid Həsən Nəsrullahın müavini həmçinin deyib: “Biz heç vaxt xaosa razı olmamışıq və mühasirəyə də təslim olmayacağıq və inşallah qalib gələcəyik.”

Şeyx Nəim Qasim İrandan idxal edilən yanacaq barədə danışarkən bunları deyib: “Əslində, bu yanacaq gəmiləri ABŞ-ın Livana və insanlığa qarşı cinayətləri müqabilində siyasi, sosial və mənəvi bir qələbə idi.”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib