Şeyx Nəim Qasim: Hizbullahı məğlub etmək cəhdləri uğursuz oldu / Əl-Beytar istefa versin

Qafqaztimes xəbər verir ki, Hizbullah baş katibinin müavini Livandakı son hadisələr barədə danışarkən deyib: “Biz ədalətə nail olmaq üçün Beyrut limanı ətrafında baş verənləri əsl müstəntiqin araşdırmasını istəyirdik, lakin indi ədalət məsələsində ona etibar edilmir. Çünki o, özünün asılı olduğunu göstərir və araşdırmaları açıq və qalmaqallı şəkildə siyasiləşdirir. Az qala onun sayəsində əl-Tayunədə və bölgədə böyük bir fitnə baş verəcəkdi. Əgər bizə bu cür problemləri və bədbəxtlikləri gətirən bu müstəntiqdirsə və onun vasitəsilə ədalətə nail olmağa heç bir ümid yoxdursa, mövcud vəziyyətin davam etməməsi və insanların ədalətə çatması üçün istefa verməsi daha yaxşı olardı.”

Şeyx Nəim Qasimın dediyinə görə, Hizbullahı məğlub etmək üçün bütün cəhdlər uğursuz oldu, istər israillilərin 2006-cı ildəki səyləri, istərsə də İŞİD və ən-Nusra təkfirçilərinin 2017-ci ildə məğlubiyyətlə üzləşən hərəkətləri. Bu fitnələr bəzən böhran yolu ilə, bəzən dini və etnik qarşıdurmalar yaratmaqla və ya bəzi küçə basqınları və müxtəlif təcavüzlər yolu ilə yaradıldı, amma səbirlə onların hərəkətlərini məğlub etdik və Hizbullahı məğlub etmək səylərini məhv etdik.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib