Şeyx Nəim Qasim: Hizbullah iki dəfə yeni Yaxın Şərq planını nakam qoydu

QafqazTimes xəbər verir ki, Livan Hizbullah hərakatının baş katibinin müavini Şeyx Nəim Qasim deyib: “Hizbullaha edilən hücumlar onun 2000-ci ildə İsrailə qalib gəlməsi və yeni Yaxın Şərq planını iki dəfə pozmasına görədir. Bir dəfə birbaşa və 2006-cı il qələbəsi zamanı, bir dəfə də dolayısı ilə Suriyanın müdafiəsində iştirak etməklə.”

Hizbullah rəsmisi deyib: “Hizbullah və milli ordunun ordu-millət-müqavimət üçlüyü çərçivəsində İsrail və təkfirçilərlə mübarizə istiqamətində əməkdaşlığı düşmənlərin sarsılmasına və bu üçbucaq daxilində problemlər icad etmək fikrinə düşmələrinə səbəb oldu.”

Nəim Qasim belə əlavə edib: “Birləşmiş Ştatlar Livani necə görmək istəyir? ABŞ zəif Livanı istəyir. Ona görə də Livana sanksiyalar tətbiq edir ki, Livan ABŞ-a möhtac olsun və onun şərtlərini yerinə yetirməyə məcbur olsun.”

Livanın bir internet saytı bu yaxınlarda xəbər verib ki, ABŞ və sionist rejim qeyri-hökumət təşkilatları yaratmaq və onları maliyyələşdirməklə Hizbullahı məğlub etmək istəyirlər. Bu məqsədlə xalqın ruhiyyəsini zəiflətmək və Livan müqavimətinə zərbələr vurmağa çalışırlar.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri