Şeyx Nəim Qasim: Düşmənin hayqırtısını eşidəcəksiniz

Şeyx Nəim Qasim: Düşmənin hayqırtısını eşidəcəksiniz

Livan Hizbullah Hərəkatı baş katib müavini 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatının ildönümü münasibəti ilə etdiyi çıxışında sionist düşməni çox pis günlər gözlədiyini və bu günlərin əzabından onların bağırtılarının bütün dünyaya yayılacağından xəbər verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx Nəim Qasim bu gün (7 oktyabr) deyib: Bu müharibə başlandığı gün özündən çıxıb hayqıranların müharibəsidir. Amma onlar müharibənin sonunda düşdükləri vəziyyət və çəkdikləri əzabdan bağıracaqlar. Biz isə nə qışqırırıq, nə də şüvən salırıq. Biz fədakarlıqla irəliyə doğru gedirik.

Şeyx Nəim Qasim əlavə edib: Hizbullah və müqavimətin rəhbərliyi və idarəçiliyi nizamlı və dəqiqdir və biz hücumlardan sağ çıxdıq. Biz meydanda möhkəmik və düşmənin hayqırtısını eşidəcəksiniz. Şəhid liderlərimizdə olan xüsusiyyətlər, onların müavinləri, köməkçilərində də eyni ilə var. Təşkilati mexanizmə əsaslanaraq Hizbullahın baş katibini seçəcəyik və lazımi vaxtda bunu açıqlayacağıq. 

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib