Şeyx İsa Qasim qadın həbslərinə son qoymağa çağırıb

QafqazTimes xəbər verir ki, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim Ali-Xəlifə rejiminin bəhreynli qadınları həbs etmək siyasətini pisləyib.

Ayətullah Şeyx İsa Qasim Fəzilə Əbdül Rəsul adlı bəhreynli qadının Ali-Xəlifə rejimi rəsmiləri tərəfindən həbs edilməsindən sonra etiraz edib.

Şeyx İsa Qasim tvitter hesabında bəhreynli qadının azadlığa buraxılmasına çağırış edərək yazıb: “Bu axmaq siyasət qadınları qorxutmaqdan və onların insani şərəfini təhqir etməkdən əl çəkməlidir. Fəzilə Əbdül Rəsul azad edilməli və bu azğınlığa son qoyulmalıdır.”

Qeyd edək ki, Bəhreyn hakimiyyəti 14 fevral inqilabından sonra intensivləşən qadın həbsi ssenarisinin davamı olaraq Fəzilə Əbdül Rəsulu həbs edib.

Related posts

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

Suriyada son hadisələr: Kürdlərlə (QSD) Culaninin rəhbərlik etidiyi silahlı qüvvələrin atışmasında iki nəfər öldürüldü – ətraflı