Şeyx İsa Qasim: Parlament seçkilərində iştirak etmək zülmə şərik olmaqdır!

QafqazTimes xəbər verir ki, Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim Bəhreyn xalqı və gənclərinə ünvanladığı müraciətdə bu ölkədə qarşıdan gələn parlament seçkilərində iştirakın zalımların mənafeyinə və istəklərinə uyğun olduğunu və xalqın mənafeyinə zidd olduğunu vurğulayıb.

Ayətullah Şeyx İsa Qasim müraciətində ​​bildirib ki, Bəhreyn xalqının qarşıdan gələn seçkilərdə iştirakı zülmə xidmət edir və özlərinə zərər verir.

O, seçkilərdə iştirakı məntiq və din cəhətdən qəbuledilməz hesab edərək, əlavə edib: “Hazırda səylər seçkinin mənasız və millət üçün faydasız olmasına, fərdi hakimiyyət alətinə çevrilməsinə yönəlib.”

Bir müddət əvvəl Ayətullah Şeyx İsa Qasim demişdi ki, əgər gələcək parlament Bəhreyn xalqını deyil, hökumətini təmsil edəcəksə, bütün hay-küylər nə üçündür? İnsanları rahat buraxın!

Qeyd edək ki, Bəhreyndə parlament seçkilərinin gələn ilin oktyabrında keçirilməsi planlaşdırılır.

2011-ci il fevralın 14-dən Bəhreyn Ali-Xəlifə rejiminə qarşı xalq qiyamlarının şahidi olur. İnsanlar öz ölkələrində azadlıq, ədalətin bərqərar olması və ayrı-seçkiliyin aradan qaldırılması və demokratik hakimiyyətin yaradılmasını istəyirlər.

Bəhreyn Xalq İnqilabı zamanı onlarla insan şəhid olmuş, minlərlə insan yaralanmış və yüzlərlə Bəhreyn vətəndaşı vətəndaşlıqdan məhrum edilmişdir.

İnsan haqları təşkilatları dəfələrlə Ali-Xəlifə hökumətini müxalifəti sıxışdırmaqda qınamış və ölkənin siyasi sistemində islahatların aparılmasını tələb etmişlər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya