Şeyx Dəmuş: İran hegemonların diktəsinə tabe olmayan yeganə suveren dövlətdir

Livan Hizbullahının İcraiyyə Şurasının sədr müavini Şeyx Əli Dəmuş cümə namazı xütbəsində bildirib: Bu gün İmam Xomeyninin rəhbərlik etdiyi mübarək inqilabının qələbəsinin 43-cü ildönümünü qeyd edən İran İslam Respublikası əsl İslam ölkəsi və ilahi dəyərlərə, insan haqlarına əməl edən, öz xalqının istiqlaliyyətini, azadlığını, ləyaqətini, sərvətini və hüquqlarını qoruyub saxlayan, hegemonların diktə və şərtlərinə tabe olmayan real suverenliyə malik bir ölkədir.

Şeyx Dəmuş əlavə etdi: “Bir halda ki regionda bir çox ölkələr müstəqillik, suverenlik və azadlıqdan danışdığı halda eyni zamanda ABŞ-ın tələblərinə və onun şantajına tamamilə təslim olaraq millətinin hüquqlarını və şərəfini məhv etməkdədir.”

O, daha sonra insan haqlarını müdafiə etdiyini iddia edən və ona hörmət edilməsini istəyən Qərb dövlətlərinin bu məsələdə çıxılmaz vəziyyətlə üzləşdiyini diqqətə çatdırıb.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri