“Şeyx Cərrah” məhəlləsində fələstinlilərə qarşı zülmlər davam edir

Qafqaztimes xəbər verir ki, sionist qüvvələri Şeyx Cərrah məhəlləsinin sakinlərinə təzyiq göstərməyə və onları Qüdsün bu qədim məhəlləsindən qaçmağa məcbur etməyə davam edirlər.

“Arab 21” vebsaytının məlumatına görə, fələstinli gənclər və fəallar evlərindən və Şeyx Cərrah məhəlləsindən çıxarılmaqla təhdid olunan məhəllə sakinləri ilə həmrəylik nümayiş etdirməyə davam edirlər. Bu məhəllə Qüds şəhərinin və Əqsa Məscidinin qədim hissəsinin yaxınlığında yerləşir. Sionistlər bu məntəqəni yəhudi gəlmələrin xeyrinə müsadirə etməyə çalışırlar.

Sionist məhkəməsi də bu məhəllə sakinlərinin bir həftədən çoxdur davam edən giriş-çıxışa maneə yaradan beton bloklarını yığışdırmaq və bu məhəllənin mühasirəsini qaldırmaq barədə tələbini rədd edib.

Bu xəbərə görə, sionist rejimi Şəhid Şahir Əbu Xədicənin “Şeyx Cərrah” məhəlləsinin girişindəki bir sıra işğalçı əsgərlərə qarşı yeddi sionist əsgərin yaralanması və özünün şəhid olması ilə nəticələnən əməliyyatından sonra məhəllə üzərində nəzarəti artırıb.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur