Şeyx Əkrəm əl-Kəbi: Qısas fikrini heç vaxt fikrimizdən çıxartmamışıq

QafqazTimes xəbər verir ki, İraqın Bəsrə şəhərində müqavimət komandirlərinin şəhadətinin ikinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

“Nücəbə” İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kəbi bu mərasimdə çıxış edərək deyib: “Qisas zəngi hələ də çalınır və biz amerikalı və sionist terrorçulara və onların əlaltılarına qarşı silahlarımızı yerə qoymamışıq.”

O, deyib: “Biz heç vaxt məsuliyyətimizdən yayınmamışıq, çünki biz öz torpağımızda köklənmişik, bu torpaqda yaşayıb burada da öləcəyik. Şübhəsiz ki, düşmənlər tənəzzüldədirlər və onların muzdluları da alçaldıcı şəkildə onlara qoşulacaqlar.”

Əkrəm əl-Kəbi həmçinin əlavə edib: “Şəhid olan iki komandirin qanının qisasını almaq bu ölkənin hər bir aşiqinə və müdafiəçisinə vacibdir və biz bunun kənarından heç vaxt sadəliklə ötməyəcəyik. ABŞ-ın İraqdan çıxması iddiası aldadıcıdır və bütün işğalçı qüvvələrin qəti şəkildə çıxarılması təsdiqlənənə qədər qəbuledilməzdir.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)