Seyid İbrahim Rəisi İlham Əliyevə zəng edib

İran İslam Respublikasının prezidenti sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisə ilə bağlı İran hökuməti və xalqı adından başsağlığı verib.

Səfirliyə qarşı silahlı hücumun araşdırılması üçün aidiyyatı qurumlara tapşırıq verildiyinə toxunan prezident Azərbaycan xalqı və dövlətinin dərdinə şərik olduğunu ifadə edib.

Bu telefon danışığında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iranlı həmkarına başsağlığı verdiyinə görə təşəkkür edib və deyib: “Bu, gözlənilməz cinayət idi, lakin iki ölkənin əməkdaşlığı bu sahədə elə olmalıdır ki, heç kim belə bir cinayəti bəhanə edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinə xələl gətirə bilməsin”.  

İlham Əliyev həmçinin Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı hücumun hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib, istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Verilən məlumata əsasən, cənab Rəisi Azərbaycan Respublikasının prezidenti ilə söhbətində İran və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qırılmaz mədəni və tarixi bağlara əsaslandığını bildirib və əlavə edib: “İran və Azərbaycan hökumətləri iki xalq arasındakı dostluq münasibətlərini pozmaq istəyənlərin təxribatına icazə verməyəcəklər.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri