Seyid Həsən Nəsrullah Tripoli sularında həlak olan miqrantlara görə başsağlığı verib

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bazar günü axşam mübarək Ramazan ayının 23-cü gecəsi və Qədr gecəsi münasibəti ilə çıxış edib.

Əl-Mənar-ın məlumatına görə, Hizbullahın baş katibi ölkənin şimalında Tripoli sularında qeyri-qanuni livanlı miqrantlara məxsus qayığın batması ilə bağlı başsağlığı verib.

Seyid Həsən Nəsrullah əlavə edib: “Biz bu hadisənin tez bir zamanda araşdırılmasını və bu hadisənin məsul şəxslərinin müəyyən edilməsini və cəzalandırılmasını istəyirik ki, belə hadisələrin təkrarlanmasının qarşısını alsın.”

O, həmçinin Əfqanıstanın Kunduz əyalətində törədilən vəhşi qətliamı pisləyərək deyib: “Əfqanıstanın Məzari-Şərif şəhərində və ölkənin müxtəlif yerlərində terrorçu İŞİD tərəfindən öldürülən məzlum qardaşların xatirəsini əziz tutun!”

Qeyd edək ki, şənbə günü axşam Livanın Tripoli sahillərində 60 qeyri-qanuni immiqrantı daşıyan qayıq batmış, biri uşaq olmaqla 14 nəfər həlak olmuşdur.

Related posts

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!

Franklin: Yəhudilər…

Yəhudilər…