Seyid Həsən Nəsrullah Suriya ilə Livan arasında qardaşlıq əlaqələrinə təkid edib

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Livan və Suriya arasında bütün səviyyələrdə daha möhkəm və qardaşlıq əlaqələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Suriyanın Livandakı səfiri Əli Əbdül Kərimin vida mərasimində onun iki qardaş ölkə arasında xarici və daxili təzyiqlərə baxmayaraq əlaqələrin yaxşılaşdırılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

O, həmçinin Livanın son çətin illərində və mürəkkəb şəraitdə Əbdül Kərimin Livan müqavimətinin və vətənpərvər insanlarının kənarında olmasına və eləcə də Livanda yaşayan Suriya vətəndaşlarının vəziyyətilə maraqlanmasına görə dərin minnətdarlığını bildirib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur