Seyid Həsən Nəsrullah: Sionist rejimin tənəzzül əlamətləri açıq şəkildə görünür

Qafqaztimes xəbər verir ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah, Beynəlxalq Qüds Günü münasibətilə etdiyi çıxışının əvvəlində, Qüds Günü bir taktiki və ya siyasi deyil, ideoloji, dini, insani və mənəvi bir məsələdir, deyib.

Seyid Həsən Nəsrullah deyib: “Fələstin xalqının müqaviməti, hüquqlarına sadiq qalması və Qüdsdən əl götürməməsi vacib bir ünsürdür və bu müqavimət çox mühümdür. Bu, bütün müqavimət xəttinə legitimlik bəxş edir.”

Əl-Məyadinin məlumatına görə, o, sözlərini davam etdirərək deyib: “Qüdsdə müdafiəsiz bir insanın təpədən dırnağadək silahlanmış düşmənlə vuruşduğunu görürük və bu, mühüm bir inkişafdır. Çünki İsrail Qüdsdəki və İordan çayının qərb sahilindəki fələstinlilərin mübarizə gücünün olmadığını düşünürdü.”

Hizbullah lideri belə əlavə edib: “İşğal olunmuş Fələstində bu rejimin zəifliyini, süqutunu və tənəzzülünü göstərən həqiqi bir böhran var. Sionist rejimi liderlik məsələsində böhran yaşayır. Bu, rejimin tənəzzül və zəiflik əlamətidir.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya