Seyid Həsən Nəsrullah: Livanın dəniz sərhədləri və hüquqlarının nüvə sazişi ilə heç bir əlaqəsi yoxdur

QafqazTimes xəbər verir ki, Seyid Həsən Nəsrullah cümə günü etdiyi çıxışda İmam Xomeyninin (r.ə) 1982-ci ildə sionist rejimlə qarşıdurma üçün Livana qoşun yeritmək barədə tarixi qərarına işarə edərək deyib: “O günlərdə İran Fars körfəzi boyunca ABŞ və ərəb ölkələrinin səxavətli dəstəyini alan Səddama qarşı minlərlə kilometrlik cəbhədə vuruşurdu, lakin İmam Xomeyni (r.ə) Livan və Suriyaya sionistlərə qarşı kömək üçün hərbi komandirlər göndərdi və İslam İnqilabı Keşikçiləri Korpusu kömək üçün Cantaya daxil oldu.

Hizbullahın baş katibi 1982-ci ildə Livandakı vəziyyətə toxunaraq deyib: 1982-ci ildə İsrailin hücumundan sonra bu hücumun Livanın bütün bölgələrinə yayılması və Dəməşqin mühasirəyə alınması ehtimalı güclü idi. Həmin günlərdə İmam Xomeyni (r.ə) böyük bir tarixi qərar qəbul edərək Suriyaya qoşun göndərdi.

O, Canta düşərgəsinin Livanın bütün bölgələrindən gəncləri qəbul etdiyini bildirərək əlavə edib: “İslam İnqilabı Keşikçiləri Korpusunun təşkil etdiyi təlimlərə ilk qatılanlardan biri Seyid Abbas Musəvi və çoxlu sayda döyüşçü oldu.”

Hizbullahın baş katibi bildirib: Cantadakı təlim düşərgələri hərbi düşərgələrə çevrildi və bu səbəbdən onlar İsrail əsgərləri tərəfindən bir neçə dəfə atəşə tutulmuş və indiyədək bir sıra livanlı və İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri şəhid olmuşlar.

Hizbullahın baş katibi çıxışının başqa bir hissəsində Livanın dəniz sərhədləri, Kariş yatağı və s, hüquqlarının nüvə razılaşması ilə heç bir əlaqəsi olmadığını bildirərək, deyib: “Ola bilər Amerika və İsrail bəzi şeyləri nüvə anlaşması ilə əlaqələndirmək istəyir, amma bizim bununla heç bir əlaqəmiz yoxdur.”

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))

1 şərh

Delmar Timms Avqust 22, 2022 - 5:21 axşam

Morning

Defrost frozen foods in minutes safely and naturally with our THAW KING™.

50% OFF for the next 24 Hours ONLY + FREE Worldwide Shipping for a LIMITED

Buy now: https://thawking.store

Kind Regards,

Delmar

Add Comment