Seyid Həsən Nəsrullah İsrailə: Bütün tanklarınızı məhv edəcəyik!

Seyid Həsən Nəsrullah İsrailə: Bütün tanklarınızı məhv edəcəyik!

Livan Hizbullahının baş katibi sionist rejim ordusunu bütün tanklarının məhvi ilə təhdid edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah bu gün (17 iyul) Cənubi Zahiyə bölgəsindəki çıxışında deyib: Biz heç vaxt Qəzzə xalqına dəstəyimizi kəsməyəcəyik.

Nəsrullah həmçinin vurğulayıb: Qəsbkar rejimi rəsmi olaraq tanımağa, diplomatik əlaqələrin normallaşmasına dəvət edənlərə İmam Hüseynin (ə) kəlamını deyirik: And olsun Allaha! Sizə zillət əli uzatmayacaq və köləliyi seçməyəcəyik! Biz məzlum Qəzzə xalqına dəstəyimizi kəsməyəcək, zillətə baş əyməyəcək və zülmə tabe olmayacağıq.

Livan Hizbullahının baş katibi həmçinin çıxışının sonunda sionist rejim ordusunun bütün tanklarını məhv edəcəyi və onları tamamilə tanksız qoyacağı barədə də xəbərdarlıq edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib