Seyid Həsən Nəsrullah: İran Livan böhranının həllinə kömək etmək üçün bütün səylərini göstərdi

Qafqaztimes xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah dünən etdiyi çıxışında Livandakı yanacaq probleminə toxunarkən deyib: “Hiss edirəm ki, benzin, dizel və qida kimi yeni bir siyasi oyun hazırlanır. İnsanlar benzin və dizel üçün uzun növbələrdə dayandılar və bir-biri ilə toqquşdular, camaat o yerə çatdılar ki, bu məhsulların tədarük görülməsi üçün benzin və yanacağın qiymətinin artırmasına belə razı oldular. İndi eyni planın elektrik enerjisinə də tətbiq edilməsinə şahid olacağıqmı?”

Seyyid Həsən Nəsrullah daha sonra deyib: “Dostlarımız və müttəfiqlərimizlə bu mövzuda əlimizdən gələni edirik. İran İslam Respublikası bu gün Livan üçün bundan artıq nə edə bilər? Hətta Suriya Misir və İordaniyadan qaz idxal etməyə də razılıq verdi. Dostlarımız bu böhranı həll etməkdə bizə kömək edirlər, amma sizin dostlarınız nə etdilər? Biz onların heç bir addımını görmürük və onlar da Livan xalqına kömək etməlidirlər. Onlar Hizbullah bəhanəsi ilə bu yardımları kəsmək istəyirlərsə, Hizbullahın olmadığı bölgələrə kömək edə bilərlər, niyə etmirlər?”

Hizbullahın baş katibi sözünə belə davam edib: “Əlbəttə, Livan hökumətinin dizel və benzini niyə birbaşa İrandan almaması ilə bağlı bəzi söhbətlər vardır. Biz bunu dəstəkləyirik və İranın Livan hökuməti üçün xüsusi güzəştlər edəcəyinə zəmanət veririk və bu baş verərsə, biz tamamilə geri çəkiləcəyik.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)