QafqazTimes xəbər verir ki, Seyid Həsən Nəsrullah bazar ertəsi Hizbullahın yaranmasının 40-cı ildönümü münasibətilə çıxış edib.
Nəsrullah Hizbullah qüvvələrinin İmam Xomeyni(r.ə) yolunun davamçıları olduğuna və onu indiki dövrdə Hizbullahın ən böyük ilham mənbəyi hesab etdiyinə işarə edərək, deyib: “Sionist rejimlə müharibədə iştirak etmək Hizbullahın uğurlarından biridir.”
Hizbullahın baş katibi 2000-ci ilin zəfərinin Böyük İsrail layihəsini sona çatdırdığını və məğlubedilməz ordunu devirdiyini bildirərək, deyib: “Livanda, regionda və dünyada hər kəsə vurğulayırıq ki, bizim cihad yolumuz İmam Musa Sədrin cihadının ən mühüm nəticələrindən biridir.”
Nəsrullah həmçinin qeyd edib ki, 33 günlük müharibədəki müqavimətin son nailiyyəti müqavimətin Livanın neft və qaz hüquqlarının geri alınması mübarizəsinə daxil olmasıdır.
O, Hizbullahın silah və texnologiya sahəsindəki tərəqqi ilə ayaqlaşa bilməsi üçün hərbi strukturunu və imkanlarını təkmilləşdirməyə doğru irəlilədiyini bildirərək deyib: “Ordu-millət-müqavimət birliyi sabit bir birlikdir. Hər halda, 2006-cı ilin qələbəsi müqavimətin bu uzun yolda əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir. Bu müharibə sionist düşmənlə mübarizə qaydalarını dəyişdi.”
Hizbullahın baş katibi Fələstin məsələsinə də toxunaraq bildirib: “Biz Fələstin müqavimət qrupları ilə son 40 ildə güclü əlaqələr qurmuşuq və bu məsələni davam etdirəcəyik. Hər kəs Fələstin xalqının inqilabına kömək etməlidir. Biz fələstinli qaçqınlar məsələsinə də toxunduq və onları dəstəklədik və onların Fələstinə ləyaqətlə qayıtmasını vurğuladıq.”