QafqazTimes xəbər verir ki, Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bazar ertəsi İmam Hüseyn əleyhissəlamın şəhadətinin ildönümü münasibəti ilə etdiyi çıxışında vurğulayıb: “Biz İmam Hüseynin (ə) yolu ilə gedəcəyimizə söz veririk.”
O, deyib: “Biz mühasirə, aclıq, qətl, psixoloji müharibə, sui-qəsd təhdidləri və bütün bu təzyiqlər altında İmam Hüseyn (ə) ilə əhdimizi təzələyirik!”
Əl-Mənar telekanalının xəbərinə görə, Nəsrullah vurğulayıb ki, son 40 ildə Hizbullahın İmam Hüseyn (ə) yoluna, fədakarlıq və sədaqət yoluna sadiq qaldığını göstərən çoxlu dəlillər var.
Livan Hizbullahının baş katibi həmçinin Həzrət Hüseynin (ə) əzadarlıq məclislərinin keçirilməsində əməyi olan hər kəsə, eləcə də təhlükəsizlik qüvvələrinə və Livan Ordusuna təhlükəsizliyin bərqərar olmasına və bu mərasimlərə dəstək verdiyinə görə öz təşəkkürünü bildirib.