Seyid Həsən Nəsrullah: ABŞ və Səudiyyədən fərqli olaraq, İran Livan seçkilərinə müdaxilə etməyib

QafqazTimes xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü axşam Livandakı son seçkilər barədə çıxış edib.

Livan Hizbullahının baş katibi çıxışının əvvəlində başda xəstələr və əlillər olmaqla, səsvermədə iştirak edən hər kəsə təşəkkür edib.

Seyid Həsən Nəsrullah həmçinin Livan prezidenti və baş naziri də daxil olmaqla Livan rəsmilərinə və təhlükəsizlik qüvvələrinə seçkilərin keçirilməsinə görə təşəkkür edib.

Hizbullahın baş katibi həmçinin Hizbullah fraksiyasının yeni üzvlərinə təşəkkür edərək deyib: “Sionistlərin fəaliyyətini və səsvermə prosesində iştirakını izləyən müqavimət kadrlarına təşəkkür edirik.”

Hizbullah lideri həmçinin deyib: “Bu, bizim fəxr etdiyimiz müqavimət üçün böyük qələbə idi.”

Seyid Həsən Nəsrullah İranın Livanın daxili işlərinə qarışması ilə bağlı növbəti bir yalana da toxunaraq deyib: “Biz ABŞ səfirinin seçki məntəqələrini gəzdiyini və ABŞ səfirliyinin siyahı təqdim etdiyini, Səudiyyə Ərəbistanı səfirinin də şəxsən seçkilərdə çox aktiv olmasının şahidi olduq. Böhranlar yalnız əməkdaşlıqla və düşmənçilikdən uzaq şəkildə həll edilə bilər. Ona görə də gəlin müştərək cəhətlərimizi diqqət mərkəzində saxlayaq.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya