Seyid Həsən Nəsrullah: Əldən düşmüş Bayden qoca Amerikanın obrazıdır

QafqazTimes xəbər verir ki, Livan Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü axşam çıxışı zamanı regionda cərəyan edən son proseslər barədə danışıb.

O, “Yeni Yaxın Şərq” adlı Amerika layihəsi haqqında danışarkən deyib: “Amerikanın Əfqanıstan və İraqda işğal üçün bəhanə gətirdiyi 11 sentyabr hadisələrindən sonra ikinci addım Fələstin və Livanda islami müqavimətin kökünü kəsmək və İranı təcrid etmək idi ki, bununla da sionist rejimi Yaxın Şərqin ağasına çevrilsin. Müqavimət və Livanın sabitliyi və 33 günlük müharibənin hədəflərinin iflasa uğraması “Yeni Yaxın Şərq” layihəsinə ağır zərbə vurdu. Bu planlar bununla bitmədi və Obama administrasiyası dövründə ərəb baharı üzərində sərmayə qoydular, lakin bu plan da aradan getdi.”

Seyid Həsən Nəsrullah bəyanatının başqa bir hissəsində ABŞ prezidenti barədə danışarkən deyib: “Baydenin bölgəyə səfəri ilə bağlı çoxlu təhlillər və fərziyyələr dərc olunub, onların çoxunda Ərəb NATO-su və ya Yaxın Şərq NATO-sunun yaradılmasından bəhs edilib. Bu gün Bayden işğal olunmuş Fələstinə daxil oldu və yaxın günlərdə ərəb NATO koalisiyasının planda olub-olmaması aydın olacaq.”

Hizbullahın baş katibi həmçinin əlavə edib: “Bu gün Amerika 2003 və 2006-cı illərdəki Amerikadan fərqlidir, çünki əldən düşmüş ABŞ prezidenti qocalma mərhələsinə qədəm qoymuş amerikanın obrazıdır. Bu ölkənin dünya arenasında aktivliyi çox zəifləyib və Amerikada yüksək iqtisadi inflyasiya var, sosial və təhlükəsizlik vəziyyəti yaxşı deyil. ABŞ prezidenti bölgəyə Körfəz ölkələrini daha çox neft və qaz ixrac etməyə inandırmaq üçün gəlib.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

1 şərh

דירות דיסקרטיות İyul 15, 2022 - 2:32 axşam

A motivating discussion is definitely worth comment. I believe that you ought to write more on this subject matter, it might not be a taboo matter but generally folks dont talk about these subjects. To the next! Best wishes!!

Add Comment