Şeybani: Suriya İsrail üçün heç vaxt bir hədə olmayacaq

Şeybani: Suriya İsrail üçün heç vaxt bir hədə olmayacaq

Colani hakimiyyətinin xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Suriyanın İsrail üçün heç vaxt bir təhdid olmayacağını vurğulaylıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əsəəd Şeybani bu gün ( 25 aprel) hərbi qruplaşmaları birləşdirdiklərini və qruplaşmalar dövrünə son qoyduqlarını iddia edərək deyib: İsrailin Suriyaya hücumları regional sabitliyə birbaşa təhdiddir və biz Təhlükəsizlik Şurasını İsrailə Suriyadan çıxması üçün təzyiq etməyə çağırırıq.

Şeybani işğalçı sionistlərə xidmətlə bağlı bu açıqlamaları verib: “Daha əvvəl də vurğuladığımız kimi, Suriya heç bir tərəfə, o cümlədən İsrailə təhlükə yaratmayacaq.

Suriya XİN başçısı həmçinin Suriya əleyhinə olan anksiyaların ləğvinin qlobal rifah, inkişaf və sabitlikdə fəal tərəfdaş olmasına kömək edəcəyini də qeyd edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib