Sepahın baş komandanı: Biz heç vaxt müharibəyə iki başlayan tərəf olmayacağıq

Qafqaztimes xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri korpusunun baş General-mayor Hüseyin Salami dünən səhər “Sepah”-ın quru qoşunlarına yeni texnika əlavə olunması mərasimində çıxış edib.

General-mayor Salami deyib: “Siyasi müstəqillik, izzət və iftixara nail olduğumuz bu dövrdə, təcavüzkar ABŞ-dan Avropa müttəfiqlərinə, regional ortaqlarına və yerli terrorçulara qədər hamısı İrana qarşı hiylə qurmaqdadırlar. Onlar bacardıqları qədər fürsət taparaq İran millətinə qarşı olan planlarını icra etməyə çalışırlar.

Sepahın baş komandanı həmçinin bildirib: Düşmənlər bilməlidirlər ki, döyüş meydanını, döyüşün intensivliyini və keyfiyyətini biz seçirik, amma strategiyamız müdafiə xarakterlidir. Yəni müharibə istəmirik. Siyasətimiz müdafiədir, amma strategiyalarımızın hamısı işləkdir və bu bir həqiqətdir.

General-mayor Salami belə əlavə edib: “Əvvəla, biz heç vaxt müharibəyə ilk başlayan tərəf olmayacağıq. Amma bizə qarşı başlanacaq ilk hücumdan sonra addımımız hücum xarakterli olacaqdır. Çünki ərazi bütövlüyümüzü qorumaq əsas hədəfimizdir.”

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır