“Sepahı terrorçu adlandırmaq problem yaradacaq

İngiltərəli analitik Robert İnlakş rəsmi London və Aİ-yə xəbərdarlıq edərək yazır: Sepahı terrorçu adlandırmağın özü terrorizmlə mübarizəyə mane olacaq.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, “Russia Today” yazır: Avropa İttifaqının son günlərdə İran əleyhinə təsdiqlədiyi qətnamənin pis nəticələri ola bilər.

Bu məlumata görə Robert İnklaş deyib: Sepah əleyhinə sanksiyaların qoyulması ilə əslində real terrorizmlə mübarizə çətinləşəcək.

R.İnklaşın fikrincə Əlirza Əkbərinin edamından sonra Britaniya Sepahın terrorçular siyahısına daxil edilməsinə maraq göstərdi.

İnklaşın sözlərinə görə son sanksiyalarda məqsəd Britaniya və Aİ-nin dolayısı yolla İranı zəiflətmək idi. Amma onlar Sepahı terrorçu adlandırmaqla Qüds qüvvələri və İran ordusuna da zərbə vurduqlarını təsəvvür edirlər. Amma əsil terrorçularla mübarizədə böyük maneələr yarana bilər. Çünki bu qətnamədən sonra düşmən ölkələrin də belə bir metoddan istifadə etmək üçün zəmin yaranacaq.

Related posts

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə