SEPAH: Tezliklə qələbə xəbəri dünya mediasının baş xəbərinə çevriləcək

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Beynəlxalq Qüds Günü münasibətilə verdiyi bəyanatında bildirilir: “İmam Xomeyninin (r.ə) mübarək Ramazan ayının axırıncı cüməsini “Ümumdünya Qüds Günü” adlandırması və bu tarixi addımı, hikmətli, strateji və uzaqgörən təşəbbüsü İranın məzlum Fələstin xalqını dəstəkləməkdə, İslam ümmətinin və bəşəriyyətin Qüdsün işğalçılarına qarşı qəzəb və anti-sionist nifrətini alovlandırmaqda aşkar və həlledici rolu istiqamətində mənalı və möhtəşəm bir hadisədir.”

Bəyanatda həmçinin deyilir: “Sionistlər hesab edirdilər ki, əsrin müqaviləsi və bəzi ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq kimi şər planlar həyata keçirməklə, Fələstin məsələsini və Qüds amalını unurdura biləcəklər. Əksinə, bu günlərdə işğal olunmuş ərazilərdə, xüsusən də Qüds və Təl-Əvivdə baş verənlər sionist cinayətkar rejim üçün nəinki davamlı təhlükəsizlik xülyası yaratmayıb, hətta onların rüsvayçı həyatını hər an partlayışa çevrilə biləcək enerji ilə doldurub və onları hər an dəhşətli və ölümcül kabusla üz üzə qoyub.

Bəyanatın digər bir hissəsində deyilir: “Allahın lütfü və bölgədəki müqavimət qruplarının birliyi ilə İslam İnqilabı imamlarının İsrail xərçənginin məhv edilməsi və Fələstin millətinin və Əl-Əqsa məscidinin azad edilməsi ilə bağlı sadiq vədlərinin həyata keçməsi işğalçılara qarşı yeni cəbhələrin açılması, ABŞ-ın bölgədən qovulması və qarşıda duran həlledici hadisələr timsalında sürətləndirilmişdir. Tezliklə bu, dünya mediasının baş xəbərinə çevriləcək və məzlum Fələstin xalqı işğalçılar üzərində qələbəni qeyd etməyə hazırlaşacaq, müqəddəs və qətiyyətli iradəsi ilə qanuni Fələstin hökumətinin qurulmasını bölgədəki zalım və mürtəce rejimlərə diktə edəcəkdir.”

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…