Sepah Polkovnik Səyyad Xudayinin şəhadəti ilə bağlı açlqlama verib

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi yaydığı bir bəyanatda hərəm müdafiəçisi Polkovnik Səyyad Xodayinin əksinqilab və sionizmə bağlı ünsürlər tərəfindən terror aktına məruz qalaraq şəhid olduğunu elan edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi bu barədə yazıb: “Bu gün axşam (bazar günü) Tehranın şərqində “İslam mücahidləri” prospektinə birləşən küçələrin birində hərəm müdafiəçisi Polkovnik Səyyad Xodayi əksinqilab və qlobal terrorizmə bağlı ünsürlərin hədəfinə çevrilib.”

Bu bəyanatda Şəhid Polkovnik Səyyad Xodayinin şəhid olması münasibətilə ailəsinə təbrik və eyni zamanda başsağlığı verilərək belə əlavə olunur: “Qatillərin müəyyən edilərək tutulması üçün lazımi tədbirlər nəzərdə tutulub və hazırda həyata keçirilməkdədir.”

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)