SEPAH gneralı: Biz onlarla İsrail mərkəzini yerlə-yeksan edəcəyik

İnqilab Keşikçiləri Korpusunun Baş Komandanının müşaviri “Doğru Vəd 2” əməliyyatına cavab olaraq İsrailin İrana qarşı müharibə ehtimalının olmadığını deyib.

İslam İnqilabı Keşikçiləri Korpusu Baş Komandanının müşaviri General İbrahim Cəbbari bu gün bazar ertəsi Əl-Aləm Xəbər kanalına eksklüziv müsahibəsində deyib:
İşğalçı rejimin nəinki İran İslam Respublikasına qarşı müharibə aparmağa iradəsi, hətta gücü də yoxdur.

General Cəbbari vurğulayıb: Müqavimət cəbhəsi işğalçı rejimin bizə qarşı müharibəyə başlamasının qarşısını almaq üçün böyük imkana, gücə, səlahiyyətə və koordinasiyaya malikdir.

SEPAH komandirinin müşaviri əlavə etdi:
Yəmənin cihada hazır bir milyon mücahidi var və İslam dünyasının bir çox ölkələrində belələri çoxdur.

O, bildirib: Biz istənilən qarşıdurmaya tam hazırıq və gücümüzün təkcə bir hissəsini onlara göstərmişik. Bizim hələ aşkar etmədiyimiz güc və imkanlarımız var, onları öz zamanında üzə çıxaracağıq.

O, vurğuladı:
İsrail işğalçıları, Amerika və bəzi başqa ölkələr bizim hazırlığımıza, bacarığımıza və milli qürurumuza görə İrana qarşı müharibəyə başlaya bilməzlər.
Amma ola bilsin ki, “Doğru Vəd 2” əməliyyatının intiqamını almağı düşünələr.
Bu səbəbdən İrandakı hansısa bir hədəfə hücum etmək istəyələr.

Sonda İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri xəbərdarlıq edib:
Məlumatlı şəxs kimi bəyan edirəm ki, ərazimizin hər hansı bir hissəsi hədəfə alınarsa, biz İsrailin onlarla iqtisadi, hərbi və təhlükəsizlik mərkəzlərinə hücum edib yerlə-yeksan edəcəyik.

Qafqaztimes

Al-alam

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)

4 şərhlər

Add Comment