Sel sərnişinlərlə dolu maşınları dənizə sürükləndi (Video izlə)

Rusiyanın Krasnodar diyarında sel nəticəsində iki maşın Qara dənizə sürüklənib. Ehtimallara görə maşınlarda ümumilikdə səkkiz nəfər olub.

Onlardan yalnız biri xilas edilib, qalan yeddi nəfərin axtarışları aparılır. İtkin düşənlərdən üçünün uşaq olduğu bildirilir.

Hadisə Krasnodar diyarının Zubov Şel kəndi yaxınlığında baş verib. 

Son məlumatlara görə, sahildən 800 metr kənarda meyit tapılıb. Onun avtomobildəki sərnişinlərdən biri olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən gecə regiona yağan güclü yağışlar Lazarevski rayonunda çayın səviyyəsinin qalxmasına səbəb olub. Onlarla evi su basıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır