Şaxtaya düşən pişiyin xilas edilmə anı (Video izlə)

Bakı şəhərinin Yasamal rayonu, Əsəd Əhmədov küçəsində binanın havalandırma şaxtasına düşən pişik orada köməksiz vəziyyətdə qalıb. 

Şaxtada qalan pişiyi bina sakinləri özləri çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.

Daxil olmuş məlumatla bağlı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və binanın havalandırma şaxtasında qalan pişiyi xilas ediblər.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO