Saxta pul hazırlayan dəstə tutuldu (Video izlə)

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Belə ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əskinaslar verdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyən edilərək tutulub. Araşdırmalar zamanı saxta pul hazırlayaraq dövriyyəyə buraxmaqda şübhəli bilinən dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq Polis Bölməsinə gətiriliblər. İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əskinas aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta pulların İsmayıl Quliyev tərəfindən hazırlandığını bildiriblər. Valeh Novruzov isə icarəyə götürdüyü avtomobillə Rəna Süleymanova və Elnarə İsayevanı müxtəlif yerlərə apararaq alış-veriş zamanı saxta pulların dövriyyəyə buraxılmasını təşkil edib. Saxlanılan şəxslərin marketlərə saxta əskinaslar təqdim etməsi obyektlərin kameraları vasitəsi ilə də görüntülənib.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO