Sardiniya sahillərində qədim Roma sikkələri ilə dolu xəzinə tapıldı

İtaliyanın Sardiniya adasının şimal-şərq sahillərində dənizdə qədim Roma sikkələri ilə dolu nəhəng xəzinə tapılıb ki, bu da rekord sayıla bilər.

Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

İlkin hesablamalara görə, arxeoloqlar eramızın 4-cü əsrinin əvvəllərinə aid 30-50 min sikkə aşkar ediblər. Qeyd edilir ki, bu, 2013-cü ildə Böyük Britaniyada tapılan xəzinədən xeyli böyükdür. O zaman mütəxəssislər Roma İmperiyasının “follis” adlanan eyni tunc sikkələrindən 20 mindən çox tapıblar.

“Bütün sikkələr çox yaxşı qorunub saxlanmışdır ki, buna da müstəsna və nadir hallarda rast gəlinir. Yalnız dörd sikkə zədələnib, lakin buna baxmayaraq, üzərlərindəki yazıları oxumaq mümkündür”, – deyə idarədə bildiriblər.

İtaliyanın Mədəniyyət Nazirliyi vurğulayıb ki, tapılan sikkələrin və materialların restavrasiyası və qorunmasına dair əməliyyat tapıntıların konteksti haqqında bilikləri genişləndirməyə və dərinləşdirməyə imkan verəcək ki, onlardan hələ də çoxlu məlumat əldə etmək olar.

O da məlum olub ki, tapıntı yerində arxeoloqlar puldan əlavə Afrika və Şərq istehsalı olan amforaların qalıqlarını da aşkar ediblər. Tapıntı haqqında arxeoloqlara sahilə yaxın dərin olmayan yerlərdə suya dalarkən metal əşyaları görən bir şəxs məlumat verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi