Salyanda dəhşətli qətl: Ərlə arvadın başını kəsib bağa atdılar – YENİLƏNİB + FOTO/VİDEO

Salyan rayonunun Kərimbəyli kəndində qətl hadisəsi baş verib.

1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.

Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.

Qətlə yetirilən şəxslərin yaxınları hadisə ilə bağlı açıqlama veriblər.

Ərlə arvadın qudası İ.Məmmədovun heç kimlə probleminin olmadığını bildirib:

“Çox gözəl, hamıya kömək edən insan idi. İşdə idim. Oğlum zəng etdi ki, ölüblər, gəl özünü çatdır”.

Onların digər qudası isə cinayəti törətməkdə heç kimdən şübhələnmədiklərini qeyd edib:

“Gəlib gördük ki, öldürüb üzlərini də örtüblər. Kimləsə düşmənlik olduğunu bilmirəm”.

“Ailəni 50 ildir tanıyıram. Heç kimlə konfliktləri yox idi”, – digər ailə yaxını deyib.

13:46

Bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı Münəvvər Məmmədova xüsusi amansızlıqla öldürülüblər.

Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.

Məlumata görə, İ.Məmmədov imkanlı şəxslərdən olub. Onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olurmuş. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər-arvad övladlarından ayrı – kənddə – yaşayırlarmış.

11:55

Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Əliməmməd oğlu Məmmədov və həyat yoldaşı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetiriliblər.

Üç il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub.

Onun yaşadığı Kərimbəyli kəndində istixana (parnik) biznesi olub.

11:05

Salyanda ər və arvadın – 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədovanın yaşadıqları evdə qətlə yetirilməsi hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.

Ər və arvadın evlərinə oğurluğa gələn şəxs (şəxslər) tərəfindən öldürüldükləri ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

10:48

Salyanda ər və arvad qətlə yetiriliblər.

Hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri, olan əvvəllər tibb müəssisəsində baş həkim işləyən şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.

Əlavə məlumatlar veriləcək.

Faktla bağlı Salyan Rayon Prokurorluğu araşdırma aparır.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO