Salyanda dəhşət: Yaralılar var

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri – 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıblar, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video