Sakinlərə qarşı minlərlə donos yazan gənc döyüldü – FOTO/VİDEO

Dayanacaq və yol hərəkəti qaydalarını pozduğuna görə dörd mindən çox donos yazan 18 yaşlı almaniyalı Niklas Mattey futbol azarkeşi tərəfindən döyülüb.

Bu barədə zərərçəkənin özü bildirib.

Gəncin sözlərinə görə, ona qatarda hücum edilib. Buna qədər o, qeyri-qanuni parklanmanı qeydə alıbmış.

Niklas bu hücumu şöhrəti ilə əlaqələndirib. Polis hücumçunun axtarışlarına başlayıb.

Qeyd edək ki, Mattey Greaenhaynihen şəhərində parklanma qaydalarını pozanlar üçün əsl kabusa çevrilib. Məsələ burasındadır ki, hər zaman xüsusi geyimdə olan gənc qayda pozanların avtomobillərinin şəkillərini çəkir, sonra isə onları polisə göndərir. O, artıq yaşadığı şəhərin əhalisinin 8%-ni çuğullayıb, beləliklə şəhər büdcəsinə əlavə 140 min avro qazandırıb.

Niklas Mattey bundan utanmır və özünü “çuğulluq ustadı” adlandırır. O, fəaliyyətinə görə davamlı olaraq təhqir və aqressiya ilə üzləşdiyini deyib.

Şəhərdə Niklasla bağlı sorğu keçirilib və bütün respondentlər onu kəskin tənqid ediblər.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)