Qeyri-adi tapıntı: Uşaq itlərlə birlikdə dəfn edilib – FOTO

Misirin paytaxtı olan Qahirə şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində məzardan aşkar edilən səkkiz yaşlı uşaq nəşinin yanından 142 it skeleti aşkar edilib.

Ehtimal edilir ki, məzar eramızdan əvvəl birinci əsrlə bizim eranın ilk illəri arasındakı tarixi dönəmə aiddir.

Arxeoloqlar itlərin eyni vaxtda, heç bir zorakılıq olmadan öldüklərini təxmin edirlər. Bu isə heyvanların sel nəticəsində tələf olduğu güman etməyə əsas verir.

Mütəxəssislər qeyd ediblər ki, qədim misirlilərin çoxsaylı heyvanlara sitayiş etmələrinə baxmayaraq, itlər adətən müqəddəs sayılmırdı.

Lakin bununla bərabər bəzi itlərin mumiyalanaraq sahibləri ilə birlikdə basdırılması halına da rast gəlinib.

Uşağın hansı səbəbdən itlərlə basdırıldığı məlum deyil.

Tədqiqatçıların ilkin versiyası ondan ibarətdir ki, yeniyetmə itlərə qulluq edərkən təbii fəlakət baş verib və uşaq itlərlə bərabər öldüyündən onları birlikdə basdırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi